Sturukturumuz

     Müəssisəmizin strukturunda aşağıda sadalanan işlərin yerinə yetirilməsi, səmərəliliyinin artırılması, istehsalatın vaxtında və keyfiyyətli hazırlığı, müqavilə öhdəliklərinin keyfiyyətlə və  vaxtında yerinə yetirilməsi üçün ixtisaslı kadrların planlı yerləşdirilməsi nəzərə alınmışdır.

     İnformasiya Texnologiyaları və Avtomatika şöbəsinin  fəaliyyəti  idarə və  müəssisələrdə istehsal proseslərinin müasir informasiya texnologiyaları elementləri  əsasında kompleks avtomatlaşdırılması və mexanikləşdirilməsi, nəzarət ölçü cihazları və avtomatika vasitələrinin, avtomatlaşdırılmış idarəetmə sistemlərinin tətbiqi üçün avtomatik idarəetmə sistemlərinə və proqramların araşdırılması, istehsalatda hazırlanmasından  və informasiya  texnologiyalarının tətbiqi sahəsinə metodiki rəhbərlikdən ibarətdir.

     İT və Avtomatika şöbəsində  güclü potensialı olan avtomatlaşdırma  mühəndisi, mühəndis-proqramçı və elektron texnikası üzrə mühəndis kadrları  çalışır.

Quraşdırma və sazlama sahəsinin fəaliyyəti dəniz və quru obyektlərində əsaslı tikinti və  təmir obyektlərində  NÖC və Avtomatika vasitələrinin  quraşdırılması,  təmiri və  sazlanması işlərini  yerinə  yetirməkdən ibarətdir.

     Texniki xidmət sahələrinin fəaliyyəti  quru və dəniz sahələrində neft yığma məntəqələrində, nasosxanalarda, kompressor stansiyalarında, qazma buruqlarında və digər obyektlərdə avtomatik idarəetmə qurğu  və sistemlərinə, ölçü vasitələrinə  texniki xidmətdən ibarətdir.

     Metal konstruksiyalarının quraşdırılması, qaynağ işlərinin texniki şərtlərə,  standartlara uyğun həyata keçirilməsi, müəssisə tərəfindən layihələndirilən qurğuların, qeyri-standart avadanlıqların hazırlanması Mexaniki Təmir Sahəsində (MTS ) həyata keçirilir.

     İstehsal Proseslərinin Avtomatlaşdırılması və Xidməti (İPA və X) sahəsinin fəaliyyəti   quru və dəniz obyektlərində avtomatika vasitələrinin quraşdırılması və sazlanması, qazma buruqlarında avtomatik  idarəetmə qurğu  və sistemlərinə,  ölçü vasitələrinə texniki xidmət, avtomatika cihaz və avadanlıqların təmiri,  sazlanması, həmçinin müəssisədaxili rabitə, təhlükəsizlik, videonəzarət və mühafizə-siqnalizasiya sistemlərinin quraşdırılması, təmiri, sazlanması və texniki xidmətlərindən ibarətdir.

     Defektoskapiya sahəsi – bütün növ  metallarda olan  qüsurların dəqiq aşkar edilməsini;  Metalların  qalınlıqlarının və növünün  təyin edilməsi;   Qazma, nasos-kompressor borularının, avadanlıqların (fırlanğıcın, açarların, sırğaların, qarmaqların, tal-blokların, valların və s.), bütün növ qaynaq birləşmələrinin, çənlərin, rezervuarların və  müxtəlif  təyinatlı separatorların  yoxlanmasını həyata keçirir.