Müraciət forması

“AQPQ 100-160” tipli Lokal Avtomatik Qazpaylayıcı Qurğu

“AQPQ 100-160” tipli lokal avtomatik sistemli qazpaylayıcı qurğu texnoloji parametrlərə və proseslərə operativ nəzarət etməklə informasiyalar  əsasında  obyektdə baş verə biləcək nasazlıqların və qəza hallarının qarşısını vaxtında almaqla onların aradan qaldırılıb bütün iş proseslərinin normal  rejimlərinin təmin edilməsi və optimal iş rejimlərinin təyin edilməsinə zəmin yaradır. Bu da texnoloji obyektin normal və ahəngdar rejimini təmin edərək quyuların məhsuldarlığının  artmasına, quyulara vurulan qaz sərfinin optimallaşmasına, cihaz və avadanlıqların fasiləsiz işləməsinə və nəticədə texniki xidmətin mükəmməlləşdirilməsinə imkan verir.

Təyinatı

1.     Qazın qəbulu və quyulara paylanması;
2.     Qəbul olunan qazın təzyiqinin, temperaturunun  və təzyiqlər fərqinin ölçülməsi;
3.     Quyu xətlərində qazın təzyiqinin və təzyiqlər fərqinin ölçülməsi;
4.     Quyu xətlərində qaz sərfinin tapşırığa görə “Avtomatik”, “Məsafədən” və “Əl” rejimində tənzimlənməsi;
5.     Quyulara kimyəvi reaqent paylamaq imkanı;
6.     Qəza vəziyyətində giriş kollektorun bağlanması;
7.     Kollektorda təzyiqin və temperaturun, quyu xətlərində təzyiqin verilən diapazondan çıxmasını quyu xəttinin nömrəsini göstərməklə xəbər verməsi;
8.     Tənzimləyici klapanların vəziyyətinin və qəza siqnallarının “NÖC və A” otağına və DDÖ-də texnoloji mərkəzə ötürülməsi;
9.     Parametrlərin monitorda əks edilməsi;
10.  Qrafiklərin çəkilməsi və parametrlərin arxivləşmə

Texnoloji blok

1.     Təzyiqlər fərqi ölçən çeviricilər;
2.     İzrafi təzyiqi ölçən çeviricilər;
3.     Temperatur  çeviricisi;
4.     Daraldıcı qurğular;
5.     Göstərici manometrlər;
6.     Pnevmatik kəsici klapan;
7.     Elektrik intiqallı tənzimləyici klapanlar;
8.     5 ventilli manifold blokları;
9.     2 ventilli manifold blokları;
10.   Avtomatik idarə edilən ventilyasiya bloku ;
11.   Qoruyucu klapanlar;
12.   Əks klapanlar.

Lokal avtomatik idarəetmə şkafı

1.     Proqramlaşdırılan məntiq kontrolleri Panasonic FP2 (PLC) tərkibində:
   -      Qida modulu;
   -      Analoq siqnallarının giriş modulu;
   -      16 kanallı rəqəmsal çıxış modulu;
   -      16 kanallı rəqəmsal giriş;
2.     Aralıq releləri.
3.     Qalvanik ayrıcı modulu (4 kanallı):
4.     Tezliyi tənzimləyən modullar;
5.     7"-lik rəngli operator paneli;
6.     15"-lik rəngli operator paneli (mərkəzi dispetçer otağında);
7.     İndustrial şəbəkə.