Texniki Diaqnostika

Müəssisəmiz aşağıdakı texniki diaqnostika işlərini həyata keçirir: - Bütün növ metallarda olan qüsurların dəqiq aşkar edilməsini; Metalların qalınlıqlarının və növünün təyin edilməsi; Qazma, nasos-kompressor borularının, avadanlıqların (fırlanğıcın, açarların, sırğaların, qarmaqların, tal-blokların, valların və s.), bütün növ qaynaq birləşmələrinin, çənlərin, rezervuarların və müxtəlif təyinatlı separatorların yoxlanması. İşlərin həyata keçirilməsi üçün müəssisəmiz Azərbaycan Respublikası FHN-nin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Agentliyinin Lisenziyasına (Təhlükə potensiallı obyektlərdə istismar olunan avadanlıqların və texniki qurğuların diaqnostikası və digər texniki yoxlamaların keçirilməsi) və Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Dövlət Akkreditasiya Xidmətinin Akkreditasiya Attestatına (Təzyiq ölçmə vasitələrinin kalibrlənməsi) malikdir.