“AQPQ 100-160” tipli lokal avtomatik sistemli qazpaylayıcı qurğu texnoloji parametrlərə və proseslərə operativ nəzarət etməklə informasiyalar əsasında obyektdə baş verə biləcək nasazlıqların və qəza hallarının qarşısını vaxtında almaqla onların aradan qaldırılıb bütün iş proseslərinin normal rejimlərinin təmin edilməsi və optimal iş rejimlərinin təyin edilməsinə zəmin yaradır. Bu da texnoloji obyektin normal və ahəngdar rejimini təmin edərək quyuların məhsuldarlığının artmasına, quyulara vurulan qaz sərfinin optimallaşmasına, cihaz və avadanlıqların fasiləsiz işləməsinə və nəticədə texniki xidmətin mükəmməlləşdirilməsinə imkan verir.