Qaz turbin istilik elektrik stansiyasının gücü 45 meqavatdır. Stansiya hər birinin gücü 7,5 meqavat olan 6 turbindən təşkil olunub. Onlardan dördü qaz, ikisi isə, qaz və dizel yanacağı ilə işləyir. 1800 kvadrat metr sahəyə malik olan ikimərtəbəli binada quyuqazma avadanlıqlarının təmiri sexi, iş otaqları, arxiv fondu, məlumatların işlənməsi üçün avadanlıqlar yerləşdirilib.
Neft daşlarında tikilmiş Qaz Turbin İstilik Elektrik stansiyasında NÖC və Avtomatika vasitələrinin, kabel yanğın siqnalizasiya və qaz təzahürünə nəzarət sistemlərinin quraşdırılması “NÖC və A” MMC tərəfindən həyata keçirilmişdir.
Ərazidə təzyiq, sərf, differensial təzyiq, səviyyə çeviricilərinin quraşdırılması, operator otağı ilə əlaqə kabellərinin çəkilməsi və 6 ədəd “Marshalling” tipli idarəetmə şkaflarının birləşdirilməsi və yoxlanılması işləri həyata keçirilmişdir. Bu zaman 24 km müxtəlif ölçülü kabellər çəkilmiş, kabel kanalları və müxtəlif təyinatlı 80 ədəd cihazlar quraşdırılmışdır. Təzyiq, differensial təzyiq çeviriciləri, yerli təzyiqlər fərqi göstərici cihazları ilə təyinat nöqtələrini birləşdirən 200 metr 12.7 mm ölçülü impuls boruları çəkilmiş və birləşdirmə işləri aparılmışdır. Quraşdırma işləri bitdikdən sonra sınaq işləri aparılmış və təyinatı üzrə təhvil verilmişdir.
Bütün bu işlər yerli və xarici şirkətlərlə sıx əlaqə şəraitində 5 ay müddətində həyata keçirilmişdir.
Stansiya "Neft Daşları" və "28 May" neft və qaz idarələrinin elektrik enerjisi ilə təmin olması üçün nəzərdə tutulub.