Günəşli yatağı, Qaldırıcı təzyiq kompressor stansiyası

Günəşli yatağı, Qaldırıcı təzyiq kompressor stansiyası

Qaldırıcı təzyiq kompressor stansiyası 2014-cü ildə Dənizin 87 metr dərinliyində quraşdırılıb. Stansiyanın məhsuldarlığı 3 milyon kubmetr/gün təşkil edir. Hər birinin çəkisi 6000 ton olan piramida tipli 2 dayaq blokundan ibarət stansiyada 12 ədəd kompressor, 2 ədəd hava soyuducusu, 12 ədəd qaztənzimləyici, quruducu, hava qəbuledicisi, 1 ədəd dizel mühərrikli generator, 2 ədəd transfarmator, 12 ədəd idarəetmə otağı, eyni zamanda daşıyıcı göyərtə  quraşdırılmışdır. “Günəşli” yatağında tikilən 12 ədəd kompressordan ibarət qaldırıcı təzyiq kompressor stansiyasında NÖC və Avtomatika vasitələri, yanğın siqnalizasiyası və qaz təzahürünə nəzarət sisteminin quraşdırılması “NÖC və A” MMC tərəfindən həyata keçirilmişdir.

           Ərazidə təyinat yerlərinə uyğun olaraq 24 ədəd sərf ötürücüsü, 27 ədəd səviyyə ölçən, 43 ədəd üzgəc tipli seviyyə relesi, 27 ədəd səviyyə ötürücüsü, 70 ədəd təzyiq ğöstərən manometr , 60 ədəd təzyiq ötürücüsü, 30 ədəd differensial təzyiq ötürücüsü, 60 ədəd tepmometr, 36 ədəd temperatur ötürücüsü, 24 ədəd termoelement quraşdırılmışdır. Həmçinin 40 ədəd tənzimləmə klapanı, 60 ədəd qəzadayandırma klapanın idarəetmə hissələri quraşdırılmışdır. 3 ədəd nümünə sistemində nəmlik analizatoru təyin olunmuş yerdə quraşdırılmışdır. Yanğın, qaz detektoru, açıq sərhədli qaz detektoru, əl ilə idarə olunan qəza dayanma düyməsi, səs siqnalı, işıq siqnalı olmaqla ümumilikdə cəmi 70 ədəd olan cihazlar quraşdırılmışdır. Müxtəlif ölçüdə 400 metr kabel kanalı çəkilmiş, cihazlar üçün 160 ədəd müxtəlif təyinatlı boru və şveller dayaqlar quraşdırılmış, həmçinin 36 ədəd kabellər üçün birləşdirmə qutuları ərazi üzrə müxtəlif yerlərdə quraşdırılmışdır. 30 km müxtəlif ölçülü kabellər tras (əsas yol) boyunca çəkilmiş, operator otağında 6 ədəd “Marshalling” tipli şkaflarda montaj edilmişdir. Bütün təzyiq, differensial təzyiq çeviricilərinin impuls boruları – 360 metr birləşdirilmişdir.

            Bütün kabel birləşmələri, impuls boruları təyinatı üzrə yoxlanılmış və təhvil verilmişdir.  
            Bütün bu işlər yerli və xarici şirkətlərlə sıx əlaqə şəraitində  həyata keçirilmişdir.  

            Qazlift Kompressor Stansiyası istismarı ''Günəşli'' yatağındakı platformalarda qazlift sisteminin tənzimlənməsini, eləcə də atmosferə atılan qazların yığılaraq nəql olunmasını təmin edir.