Müəssisəmizin strukturunda aşağıda sadalanan işlərin yerinə yetirilməsi, səmərəliliyinin artırılması, istehsalatın vaxtında və keyfiyyətli hazırlığı, müqavilə öhdəliklərinin keyfiyyətlə və vaxtında yerinə yetirilməsi üçün ixtisaslı kadrların planlı yerləşdirilməsi nəzərə alınmışdır.
İnformasiya Texnologiyaları və Avtomatika şöbəsinin fəaliyyəti idarə və müəssisələrdə istehsal proseslərinin müasir informasiya texnologiyaları elementləri əsasında kompleks avtomatlaşdırılması və mexanikləşdirilməsi, nəzarət ölçü cihazları və avtomatika vasitələrinin, avtomatlaşdırılmış idarəetmə sistemlərinin tətbiqi üçün avtomatik idarəetmə sistemlərinə və proqramların araşdırılması, istehsalatda hazırlanmasından və informasiya texnologiyalarının tətbiqi sahəsinə metodiki rəhbərlikdən ibarətdir.
İT və Avtomatika şöbəsində güclü potensialı olan avtomatlaşdırma mühəndisi, mühəndis-proqramçı və elektron texnikası üzrə mühəndis kadrları çalışır.
Quraşdırma və sazlama sahəsinin fəaliyyəti dəniz və quru obyektlərində əsaslı tikinti və təmir obyektlərində NÖC və Avtomatika vasitələrinin quraşdırılması, təmiri və sazlanması işlərini yerinə yetirməkdən ibarətdir.
Texniki xidmət sahələrinin fəaliyyəti quru və dəniz sahələrində neft yığma məntəqələrində, nasosxanalarda, kompressor stansiyalarında, qazma buruqlarında və digər obyektlərdə avtomatik idarəetmə qurğu və sistemlərinə, ölçü vasitələrinə texniki xidmətdən ibarətdir.
Metal konstruksiyalarının quraşdırılması, qaynağ işlərinin texniki şərtlərə, standartlara uyğun həyata keçirilməsi, müəssisə tərəfindən layihələndirilən qurğuların, qeyri-standart avadanlıqların hazırlanması Mexaniki Təmir Sahəsində (MTS ) həyata keçirilir.
İstehsal Proseslərinin Avtomatlaşdırılması və Xidməti (İPA və X) sahəsinin fəaliyyəti quru və dəniz obyektlərində avtomatika vasitələrinin quraşdırılması və sazlanması, qazma buruqlarında avtomatik idarəetmə qurğu və sistemlərinə, ölçü vasitələrinə texniki xidmət, avtomatika cihaz və avadanlıqların təmiri, sazlanması, həmçinin müəssisədaxili rabitə, təhlükəsizlik, videonəzarət və mühafizə-siqnalizasiya sistemlərinin quraşdırılması, təmiri, sazlanması və texniki xidmətlərindən ibarətdir.
Defektoskapiya sahəsi – bütün növ metallarda olan qüsurların dəqiq aşkar edilməsini; Metalların qalınlıqlarının və növünün təyin edilməsi; Qazma, nasos-kompressor borularının, avadanlıqların (fırlanğıcın, açarların, sırğaların, qarmaqların, tal-blokların, valların və s.), bütün növ qaynaq birləşmələrinin, çənlərin, rezervuarların və müxtəlif təyinatlı separatorların yoxlanmasını həyata keçirir.