TARİXİMİZ

Tariximiz

Müəssisəmiz neft və qazçıxarmada idarəetmə proseslərinin avtomatlaşdırılması və mexanikləşdirilməsi məqsədilə 2 sentyabr 1969-cu ildə, Azərbaycan SSR Neftçıxarma Nazirliyinin “Qazmada Xüsusiləşdirilmiş Eksperimental Nəzarət Ölçü Cihazları kontoru” kimi yaradılmışdır. 1976-cı ildə “Azneft” İstehsalat Birliyinin İstehsalat Xidmətinin Mərkəzi Bazasına və 1993-cü ildə “AZƏRİNEFTAVTOMATİKA” müəssisəsinə çevrilmiş və nəhayət 2011–ci ildən isə “Nəzarət Ölçü Cihazları və Avtomatika” MMC kimi fəaliyyətini davam etdirir. Hazırda müasir tələb və standartlara cavab verən avtomatlaşdırma qurğularının və sistemlərinin yaradılması, NÖC və A vasitələrinin quraşdırılması, təmiri, sazlanması, texniki xidməti, təzyiq ölçü vasitələrinin sınaqdan keçirilməsi, neft-mədən avadanlıq və alətlərdə qüsurların ultrasəs nəzarət üsulu ilə aşkar edilməsi, eləcədə təhlükəsizlik, videonəzarət və siqnalizasiya sistemlərinin quraşdırılması,servis xidməti və.s işləri yerinə yetirir.