NÖC və Avtomatika
Bu günkü sənayeni elektron komponentlərdən və kompüter texnologiyasından istifadə etmədən təsəvvür etmək mümkün deyil. Müasir nəzarət ölçü texnikası bütün istehsalat proseslərinin avtomatlaşdırılmasında demək olar ki, məhdudiyyətsiz imkanlar verir. Bütün NÖC və A vasitələri bizim gündəlik həyat fəaliyyətimizi təmin edir. Bunlar nəinki, bizim işimizi və istirahətimizi sadə və rahat edir, həmçinin bizim təhlükəsizliyimizi təmin edir.
Nəzarət Ölçü Cihazları və Avtomatika MMC
Respublikamızda gedən geniş quruculuq və inkişaf proseslərində öz işi ilə xüsusi yer tutan müəssisəmiz hazırda müasir tələb və standartlara cavab verən avtomatlaşdırma qurğularının və sistemlərinin yaradılması, NÖC və Avtomatika vasitələrinin quraşdırılması, təmiri, sazlanması, texniki xidməti, təzyiq ölçü vasitələrinin sınaqdan keçirilməsi, neft-mədən avadanlıq və alətlərdə qüsurların ultrasəs nəzarət üsulu ilə aşkar edilməsi (defektoskopiya), eləcədə müəssisədaxili rabitə, təhlükəsizlik, videonəzarət və siqnalizasiya sistemlərinin quraşdırılması, təmiri, sazlanması və texniki xidməti və.s işləri yerinə yetirir.
Məhsullarımız
Müəssisəmizdə istehsal olunan qurğulardan Avtomatik Qaz Paylayıcı Qurğu (AQPQ 100-160) və son layihələndirmə fazasında olan Çoxfazlı Axın Ölçü Qurğusu və sairlərini göstərmək olar. AQPQ 100-160 Qazpaylayıcı qurğusu qazlift üsulu ilə neft çıxarılan quyulara gedən işçi agentin (qazın) avtomatik və ya əllə tənzimlənib paylanmasını, nəzarət edilməsini, qaz sərfinin idarə edilməsini həyata keçirir. Qurğu qazın sərfiyyatını optimal şəkildə avtomatik tənzimləyir və monitorinqini aparır.
Tariximiz
Müəssisəmiz neft və qazçıxarmada idarəetmə proseslərinin avtomatlaşdırılması və mexanikləşdirilməsi məqsədilə 2 sentyabr 1969-cu ildə, Azərbaycan SSR Neftçıxarma Nazirliyinin “Qazmada Xüsusiləşdirilmiş Eksperimental Nəzarət Ölçü Cihazları kontoru” kimi yaradılmışdır. 1976-cı ildə “Azneft” İstehsalat Birliyinin İstehsalat Xidmətinin Mərkəzi Bazasına və 1993-cü ildə “AZƏRİNEFTAVTOMATİKA” müəssisəsinə çevrilmiş və nəhayət 2011–ci ildən isə “Nəzarət Ölçü Cihazları və Avtomatika” MMC kimi fəaliyyətini davam etdirir. Hazırda müasir tələb və standartlara cavab verən avtomatlaşdırma qurğularının və sistemlərinin yaradılması, NÖC və A vasitələrinin quraşdırılması, təmiri, sazlanması, texniki xidməti, təzyiq ölçü vasitələrinin sınaqdan keçirilməsi, neft-mədən avadanlıq və alətlərdə qüsurların ultrasəs nəzarət üsulu ilə aşkar edilməsi, eləcədə təhlükəsizlik, videonəzarət və siqnalizasiya sistemlərinin quraşdırılması,servis xidməti və.s işləri yerinə yetirir.
Əməkdaşlıq etdiyimiz şirkətlər:
EMERSON. ABB (Asea Brown Boveri Ltd.) Honeywell International, Inc AUMA. Mitsubishi Electric. Panasonic Electric Works Europe. OBO Betterman. PROSOFT və s.
Texniki diaqnostika
Müəssisəmiz aşağıdakı texniki diaqnostika işlərini həyata keçirir: - Bütün növ metallarda olan qüsurların dəqiq aşkar edilməsini; Metalların qalınlıqlarının və növünün təyin edilməsi; Qazma, nasos-kompressor borularının, avadanlıqların (fırlanğıcın, açarların, sırğaların, qarmaqların, tal-blokların, valların və s.), bütün növ qaynaq birləşmələrinin, çənlərin, rezervuarların və müxtəlif təyinatlı separatorların yoxlanması. İşlərin həyata keçirilməsi üçün müəssisəmiz Azərbaycan Respublikası FHN-nin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Agentliyinin Lisenziyasına (Təhlükə potensiallı obyektlərdə istismar olunan avadanlıqların və texniki qurğuların diaqnostikası və digər texniki yoxlamaların keçirilməsi) və Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Dövlət Akkreditasiya Xidmətinin Akkreditasiya Attestatına (Təzyiq ölçmə vasitələrinin kalibrlənməsi) malikdir.
İnformasiya Texnologiyaları və Avtomatika:
İdarə və müəssisələrdə istehsal proseslərinin müasir informasiya texnologiyaları elementləri əsasında kompleks avtomatlaşdırılması və mexanikləşdirilməsi; - Nəzarət Ölçü Cihazları və Avtomatika vasitələrinin, avtomatlaşdırılmış idarəetmə sistemlərinin tətbiqi, proqramların araşdırılması və tətbiqi .
Texniki xidmət
Dəniz özüllərində, estakadalarda və quruda yerləşən neft yığma məntəqələrində, nasosxanalarda, qazkompressor stansiyalarında, qazma və əsalı təmir buruqlarında və s. neftqazçıxarma obyektlərində avtomatik idarəetmə qurğu və sistemlərinə, nəzarət ölçü cihazları və avtomatika vasitələrinə, eləcədə müəssisədaxili rabitə, təhlükəsizlik, videonəzarət və siqnalizasiya sistemlərinin servis xidməti işləri.
Quraşdırma və Sazlama:
Quraşdırma və sazlama sahəsi dəniz və quruda , əsaslı tikinti və təmir obyektlərində NÖC və Avtomatika vasitələrinin quraşdırılması, təmiri və sazlanması işlərini yerinə yetirir.
Potensialımız
Qazmada və neftqazçıxarma müəssisələrində texnoloji proseslərin mexanikləşdirilməsi və avtomatlaşdırılmasında çoxillik təcrübəyə və yüksək ixtisaslı kadr potensialına - mühəndis-sazlayıcılar, mühəndis-elektronçular, mühəndis-proqramçılar, cihaz quraşdırıcıları, NÖC və A çilingərlərinə malikdir. Hal-hazırda müasir tələblərə cavab verən qurğuların, idarəetmə sistemlərinin yaradılması, nəzarət ölçü və avtomatika vasitələrinin quraşdırılması, təmiri, sazlanması, proqram təminatı, servis xidməti, təzyiq ölçü vasitələrinin sınaqdan keçirilməsi və texniki diaqnostika işlərini yerinə yetirir.
İştirak etdiyimiz layihələr
Dərinlik kəsici klapanların, yüksək təzyiqli quyulara məsafədən avtomatik idarəetmə stansiyalarının (ACS,TİC,CAMERON və.s) qoşulması və sazlanması. Yataqların istismar şəraitinə uyğun olaraq yüksək təzyiqə davamlı, modul tipli, intelektual proqram təminatlı AQPQ 100-160 tipli lokal avtomatik sistemli qazpaylayıcı qurğuların hazırlanması, quraşdırılması, sazlanması və servis xidməti. “Günəşli” yatağında 4 saylı DDÖ-də “Qaldırıcı təzyiq kompressor stansiyasının tikintisi” və “Köpüklə avtomatlaşdırılmış yanğınsöndürmə sistemi”nin yaradılmasında, “Neft Daşları” yatağında “Qazturbin istilik elektrik stansiyasının tikintisi”, “Abşeronneft“ NQÇİ-də, “Qaz anbarlarınin istismarı“ idarəsində və Astarada “Qazkompressor stansiyasının” tikintisi.
Məqsədimiz – Öhdəliklərimiz
- Müqavilə öhdəliklərinin vaxtında və yüksək tələblərə cavab verən keyfiyyətlə yerinə yetirilməsi; - İstehsal və nəzarət proseslərinin günün tələblərinə uyğun daimi təkminləşdirilməsini təmin etməklə əməkdaşların peşəkarlıq səviyyəsini artırmaq; - İşgüzar fəaliyyətimizi genişləndirmək və gündəlik işimizdə “Sifarişçi”lərə nümünəvi xidmət göstərmək. - Fəaliyyətlərimizdə təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması təmin etmək, insanların sağlamlığını diqqət mərkəzində saxlamaq, ətraf mühitin qorunmasını ön planda tutmaq.
• Azərbaycanın nefti gələcəkdə də bəşəriyyətə, sülhə, əmin-amanlığa xidmət edəcəkdir
NEFT haqqında prezident İlham Əliyevin kəllamlarında birini bura yerləşdirməy olardı nümünə mətn Ilh
NEFT haqqında prezident İlham Əliyevin kəllamlarında birini bura yerləşdirməy olardı nümünə mətn Ilh
Bizim bütün təbii sərvətlərimiz xalqa məxsusdur və bu sərvətlərdən istifadə olunmasında heç kəsin mü