Nəzarət Ölçü Cihazları və Avtomatika

        Müasir sənayeni elektron komponentlərdən və kompüter texnologiyasından istifadə etmədən təsəvvür etmək mümkn deyil. Faktiki olaraq bütün istehsal prosesləri kifayət qədər dəqiq, davamlı monitorinq və qiymətləndirmə tələb edir. Bundan əlavə, həmin qaydalara və parametrlərə dəqiqliyi ilə əməl etmək üçün istehsal proseslərinə daimi müdaxilə tələb olunur. Müasir istehsalat proseslərinin düzgün və kəsintisiz işləməsi üçün nəzrət ülçü ciharları və avtomatika elementlərindən istifadə edirlər.
        NOC və A elementlərinin tibbdə və kənd təssərüfatında kifayət qədəristifadəsini geniş vüsət almışdır. Qida sənayesinin texnoloji proseslərində nəzarət ölçü texnikasız keçinmək mümkün deyildir. Son zamanlarda isə neft və ağır sənayedə. Məsələn: borularda və quyularda təzyiqi ölçmək üçün manometr adlı cihazdan istifadə olunur. Müxtəlif tipli temperatur və təzyiq cihazları, təmassız deversiv işəburaxıcılar böyük uğurla sənayedə tətbiq olunur. NOC və A sayesində neft və qaz hasilatı barəsində dəqiq məlumatları ala bilirik, get-gedə istehsalatda bizim xərclərimiz minimum, mənfəətimiz isə maksimum olur.
        NOC və A cihazları bir necə onilliklər ərzində insan fəaliyyətində müşayyət olunur. Bu müddət arzində onlar bir çox təkmilləşdirmələrə məruz qalmışlar. Hal-hazirda NOC və A cihazları demər olar ki, avtomatlaşdırma komponentləri ilə bir yerdə istifadə olunur. Bu o deməkdir ki, bir neçə il bundan qabaq NOC və A vasitələri əsasən verilmiş müəyyən parametrləri ölçürdüsə, artıq bu vasitələr kənar müdaxilə funksiyalarına malikdir. Bu da nəinki parametrlərin dəqiq ölçülməsinə həmçinin onların dəyişilməsində tənzimləyici təsir göstərir.
            Parametrlərin tənzimlənməsi, mühəndis və xidməti heyyətin tapşırıqlarına uyğun baş verir. Bu da, NOC və A vasitələrinin yaradılmasında proqramlaşma funksiyası olan mikroprosessor sxemlərin tətbiq edilməsi sayəsində həyata keçir. Müasir nəzarət ölçü texnikası bütün istehsalat proseslərinin avtomatlaşdırılmasında demək olar ki, məhtudiyyətsiz imkanlar verir.
        Müxtəlif elementlər, siqnal çeviriciləri,  tənzimləyicilər və qida blokları daha çox yayılmış NOC və A vasitələridir. Elementlər arasında temperatur vericisi və təzyiq vericisi, БУ-21 idarə blokunu xüsusi qeyd etmək lazımdır. Ətraf mühitə uyğun fəaliyyətinə daxil edilən funksional yükü öz üzərində daşıyan bir çox elementləri də təqdim etmək olar. Vericilər nəzarət ölçü və çevirici funksiyalı avtomatlaşdırılmış olur. Birinci yanlız ölçmə və əldə olunmuş parametrləri qeyd etmək imkanına malikdir. Çevirici funksiyalı avtomatik vericilər isə proqramda daxil edilmiş səviyyəyə qədər əldə edilmiş göstəricilərin tənzimlənməsi imkanına malikdir. Bu cür NOC və A vasitələri maksimal istehsalat göstəricisi və istehsal edilən məhsulun yüksək keyfiyyəti üçün temperatur və təzyiq göstəricilərinə daimi nəzarətə ehtiyac olan istehsalat sahələrində aktiv istifadə olunur. Bir çox elementlərin aktiv istifadə olunduğu sahələr arasında qaz və neftçıxarma müəsisələrini xüsusi qey etmək olar. Avtomatik elementli temperatur vericilərinə hər bir idarədə rast gələ bilərsiz. Onlar yanğın siqnalizasiyalarının əsasında dayanır. Bu çevricilər verilmiş temperatur və ya dumanlığın dəyişdiyini qeyda aldıqda yanğın siqnalizasiyasının işə düşməsinə siqnal göndərir.
        Çoxkanallı registrator, qida blokları, çeviricı siqnallı qida blokları, texnoloji indikatorlar (göstəricilər), modul çeviriciləri, texnoloji taymer, metroloji avadanlıqıar və yanacaqdoldurma kompleksləri üçün NOC və A vasitələrini yaddan çıxarmaq olmaz. Bütün bu NOC və A vasitələri bizim gündəlik həyat fəaliyyətimizi təmin edir. Bunlar nəinki, bizim işimizi və istirahətimizi sadə və rahat edir, həmçinin bizim təhlükəsizliyimizi təmin edir. Bir çox avtomatika elementli NOC və A vasitələrsiz istehsalat prosesləri insan həyatı və ətraf mühitin ekologiyası üçün təhlükəli olardı.